Azərbaycan və Belarusu təmsil edən kikboksinq üzrə “One Championship” Dünya Qran-prisinin qalibi və yüngül çəkidə mütləq çempion Çingiz Əlləzovun növbəti döyüşünün vaxtı müəyyənləşib.
Oxu.Az xəbər verir ki, o, avqustun 5-də “ONE Fight Night 13”də erməni döyüşçü Marat Qriqoryanla qarşılaşacaq.
Əlləzov Tailandın paytaxtı Banqkokda keçiriləcək döyüşdə titulunu qorumağa çalışacaq.
Xatırladaq ki, Çingiz Əlləzov 2023-cü ilin yanvarında dünyanın ən məşhur kikboksinq təşkilatı “One Championship”in çempionu olub. O, “ONE Fight Night-6” turniri çərçivəsində keçmiş yüngül çəki çempionu olan Tailand döyüşçüsü Superbon Sinqh üzərində qələbə qazanıb.
Rəylər