Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən Azərbaycan klublarının heyətlərinin dəyərində dəyişikliklər olub.
Oxu.Az xəbər verir ki, 12 komandalı çempionatda heyətinin dəyəri ən aşağı olan klub "Qəbələ"dir. Heyətini bir neçə legionerlə gücləndirən bölgə təmsilçisinin dəyəri 850 min avrodan 1.2 milyon avroya yüksəlib. Dəyəri aşağı olan digər klub isə "İmişli"dir. Onun heyətinin ümumi dəyəri 550 min avrodan 1.85 milyon avroya yüksəlib. Misli Premyer Liqasına yeni qoşulan "Karvan-Yevlax" klubunun heyətinin dəyəri 1.2 milyon avrodan 1.9 milyon avroya yüksəlib.
Premyer Liqanın ən dəyərli klubu "Qarabağ"dır. Son çempionun heyətinin ümumi qiyməti 25.08 milyon avrodur. Bu rəqəm ötən mövsümün sonunda 24.15 milyon avro idi. "Qarabağ"da Veşoviç, Benzia kimi oyunçuların gedişi göstəricini aşağı salsa da, yeni qoşulan futbolçularla klubun dəyəri yenidən yüksəlib.
Heyətinin dəyəri artan "Neftçi"nin transferlərdən sonra "transfermarkt"da qiyməti 10 milyonu ötüb (13.50 milyon avro).
Bölgə təmsilçisi "Şamaxı" legionerlərinin çoxunu göndərsə də, komandanın heyətinin dəyəri 3.53 milyon avrodan dörd milyon avroya yüksəlib. Ötən mövsümün sonunda isə bu rəqəm 3.7 milyon avro idi.
Premyer Liqa klublarının dəyərləri:
| Klub adı | Yaş (orta) | Transfer dəyəri | Bazar dəyəri |
|---|---|---|---|
| "Qarabağ" | 27.3 | 964 min avro | 25.08 mln. avro |
| "Neftçi" | 27.1 | 519 min avro | 13.50 mln. avro |
| "Zirə" | 28.6 | 510 min avro | 12.75 mln. avro |
| "Sabah" | 26.7 | 456 min avro | 12.33 mln. avro |
| "Turan-Tovuz" | 27.8 | 373 min avro | 10.08 mln. avro |
| "Araz-Naxçıvan" | 29.3 | 364 min avro | 9.10 mln. avro |
| "Sumqayıt" | 25.9 | 285 min avro | 6.55 mln. avro |
| "Kəpəz" | 25.0 | 206 min avro | 5.58 mln. avro |
| "Şamaxı" | 23.8 | 160 min avro | 4.00 mln. avro |
| "İmişli" | 25.5 | 73 min avro | 1.90 mln. avro |
| "Karvan-Yevlax" | 26.6 | 66 min avro | 1.85 mln. avro |
| "Qəbələ" | 24.1 | 48 min avro | 1.20 mln. avro |