Növbəti mövsüm Azərbaycanı UEFA Avropa Konfrans Liqasında təmsil edəcək “Sabah”ın yay hazırlıq planı müəyyənləşib.
Paytaxt klubunun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov Oxu.Az-a bildirib ki, komanda Avstriyada toplanış keçəcək.
“İyunun 21-də Bakıda toplaşacağıq. İyulun 6-da komanda Avstriyaya yola düşəcək. Avstriya toplanışı iyulun 21-nə kimi davam edəcək. Azərbaycanda iki, Avstriyada isə üç yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Rəqiblər hələlik dəqiqləşməyiblər”, - deyə E.Həmidov bildirib.
Qeyd edək ki, “Sabah” Konfrans Liqasında mübarizəyə ikinci təsnifat mərhələsində başlayacaq.
Faiq Tahirov