Təlim-məşq toplanışının ikinci mərhələsini Avstriyada keçirəcək “Sabah”ın yoxlama oyunlarındakı rəqiblərindən biri bəlli olub.
Bakı klubu 47 qat Yunanıstan çempionu “Olimpiakos”la qarşılaşacaq.
Pirey təmsilçisinin rəsmi saytının yaydığı məlumata görə, iyulun 19-da oynanılacaq görüş Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Qeyd edək ki, “Sabah” Avstriyada 3 yoxlama oyunu keçirilməyi planlaşdırır.