Azərbaycan Premyer Liqasının autsayderlər zonasında olan “Keşlə” qış transfer dövrünün son günündə iki futbolçunun keçidini açıqlayıb.
Oxu.Az xəbər verir ki, paytaxt klubu venesuelalı Luis Anxelo Penya və ukraynalı Valeri Kutsenko ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
Hücumameyilli yarımmüdafiəçi olan 29 yaşlı Anxelo Penya ilə ilyarımlıq, 32 yaşlı mərkəz yarımmüdafiəçisi Kutsenko ilə isə mövsümün sonunadək müqavilə bağlanıb.
Qeyd edək ki, 32 nömrəli formanı geyinəcək Valeri Kutsenko əvvəl “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədovun futbolçusu olub. O, 2015-ci ildə Tərlan Əhmədovun çalışdırdığı AZAL klubunda oynayıb.