Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Azərbaycan klubunun legioneri dörd oyunluq diskvalifikasiya olundu
"İmişli" legioner futbolçusu Gilyerme Silvanın xidmətindən məhrum olub.
Oxu.Az xəbər verir ki, buna I Liqada XVII turun "İmişli" - "Mingəçevir" oyununda baş verənlər səbəb olub.
Gilyerme Silva görüşün 87-ci dəqiqəsində sərt davranışa görə birbaşa qırmızı vərəqə alıb və dörd oyunluq cəzalandırılıb. "İmişli" isə 300 manat cərimə ödəyəcək. Qarşılaşmada, həmçinin əsasnamənin tələbi pozulduğuna görə meydan sahibi olan klub 50 manat cərimələnib.
"AFFA İntizam Komitəsi" teqi üzrə xəbərlər
Ən çox oxunanlar