Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Azərbaycan Kuboku: “Qarabağ” cavab matçında da “Neftçi”yə qalib gələrək finala yüksəlib - YENİLƏNİB + VİDEO
Futbol üzrə Azərbaycan Kubokunda ikinci finalçı müəyyənləşib.
Oxu.Az-ın məlumatına görə, yarımfinalın cavab matçında “Qarabağ” “Neftçi”ni sınağa çəkib.
Qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə bitib - 4:1. “Köhlən atlar”da qolları 16, 69-cu dəqiqələrdə Olavio Juninyo, 74-cü dəqiqədə Nəriman Axundzadə vurub, 62-ci dəqiqədə Qara Qarayev avtoqol müəllifi olub.
64-cü dəqiqədə Reziuan Mirzov “ağ-qaralar”ın təsəlli qoluna imza atıb.
İlk matçda rəqibini dörd cavabsız qolla üstələyən “Qarabağ” finala vəsiqə qazanıb.
Ölkə çempionu iyunun 2-də həlledici görüşdə “Zirə” ilə üz-üzə gələcək.
19:04
Futbol üzrə Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşib.
Oxu.Az-ın məlumatına görə, yarımfinalın ilk cavab görüşündə “Qəbələ” “Zirə”ni qəbul edib.
Qarşılaşma paytaxt klubunun qələbəsi ilə bitib - 2:0. 59-cu dəqiqədə Vladislav Kulaç hesabı açıb. 84-cü dəqiqədə Rafael Utziq ikinci topu meydan sahiblərinin qapısından keçirib.
İlk görüşdə rəqibini 2:1 hesabı ilə üstələyən “Zirə” finala yüksəlib.
Qeyd edək ki, yarımfinalın ikinci cavab qarşılaşmasında “Qarabağ” “Neftçi”ni sınağa çəkəcək. Görüş bu gün, saat 20:00-da başlayacaq. İlk dueldə Ağdam təmsilçisi 4 cavabsız qolla qalib gəlib.
09:42
Bu gün futbol üzrə Azərbaycan Kubokunda finalçılar bəlli olacaqlar.
Oxu.Az-ın məlumatına görə, yarımfinalın cavab matçlarından biri Qəbələdə, digəri Bakıda baş tutacaq.
İlk olaraq “Qəbələ” və “Zirə” komandaları münasibətlərinə aydınlıq gətirəcəklər. Qarşılaşma saat 17:00-da başlayacaq. Bakıdakı ilk görüşdə qəsəbə təmsilçisi qələbə qazanıb - 2:1.
İkinci finalçının adına Azərbaycan derbisində aydınlıq gələcək. “Qarabağ” - “Neftçi” oyunu saat 20:00-da start götürəcək. İlk dueldə Ağdam klubu rəqibini dörd cavabsız qolla üstələyib.