Azərbaycan Kubokunda yarımfinal mərhələsinin daha bir oyunu keçirilib.
Oxu.Az-ın məlumatına görə, “Zirə” və “Qəbələ” komandaları ilk matçlarını birincilərin evində keçiriblər.
Qarşılaşmanın birinci hissəsində qapılara qol vurulmayıb. Hesabı 51-ci dəqiqədə bakılıların qvineyalı hücumçusu Salifu Suma açıb. 15 dəqiqə sonra “Zirə”nin braziliyalı yarımmüdafiəçisi Rafael Utziq sabiq komandasını cəzalandırıb.
Kubokun son qalibi “Qəbələ” 90-cı dəqiqədə fərqi minimuma endirib. Feras Abu Akal cavab matçı ərəfəsində komandasının finala vəsiqə ümidini davam etdirib. Görüş “Zirə”nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Digər cütdə ötən gün “Qarabağ” “Neftçi”ni səfərdə 4:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, mərhələnin cavab matçları aprelin 24-də keçiriləcək.
09:34
Bu gün futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin növbəti oyunu keçiriləcək.
Oxu.Az xəbər verir ki, “Zirə” “Qəbələ”ni qəbul edəcək.
Zirə İdman Kompleksinin stadionundakı qarşılaşma saat 19:00-da başlayacaq. Tərəflər indiyədək bu turnirdə iki dəfə üz-üzə gəliblər. Bunların hər ikisində bölgə təmsilçisi qələbə qazanıb. “Qəbələ” 2015/2016 mövsümündə rəqibini 2:1 və 5:1 hesabı ilə üstələyib.
Qeyd edək ki, “Qarabağ” ötən gün “Neftçi”ni səfərdə dörd cavabsız qolla məğlub edib. Hər iki cütdə cavab qarşılaşması aprelin 24-də keçiriləcək.