Bu gün Bizon Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start veriləcək.
Oxu.Az xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək.
Saat 17:00-da "Sumqayıt" futbol klubu "Zirə"ni qəbul edəcək. Qarşılaşma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq.
Günün növbəti matçında "Sabah" və "Qəbələ" üz-üzə gələcəklər. "Bank Respublika Arena"da keçiriləcək qarşılaşma saat 19:30-da start götürəcək.
Azərbaycan Kuboku
1/4 final, ilk oyunlar
4 fevral
17:00. "Sumqayıt" - "Zirə"
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Vüqar Həsənli.
VAR: Kamal Umudlu.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
19:30. "Sabah" - "Qəbələ"
Hakimlər: Fərid Hacıyev, Asiman Əzizli, Rəhman İmami, Kamran Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
"Bank Respublika Arena"
Qeyd edək ki, 1/4 final mərhələsinin digər "Şamaxı" - "Qarabağ" və "Turan Tovuz" - "Kəpəz" oyunları sabah keçiriləcək. Cavab oyunları isə martın 3-4-də baş tutacaq.