Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçirilib.
Oxu.Az Azerisport.az-a istinadən xəbər verir ki, mübarizəni davam etdirən 4 cütün hamısı eyni gündə meydana çıxıb.
“Neftçi” doğma meydanda AZAL-la qarşılaşıb. Bu görüşdə hesab açılmayıb. “İnter” “Xəzər Lənkəran”ı qəbul edib və iki cavabsız qolla məğlub edib. Son ölkə çempionu, Premyer Liqanın lideri “Qarabağ" autsayderlərdən hesab olunan “Bakı" ilə münasibətlərinə aydınlıq gətirib və darmadağına sevinib. Günün son oyununda isə “Qəbələ” ilə “Simurq” üz-üzə gəlib. Zaqatala təmsilçisi səfərdə 3 cavabsız qolla üstün olub.
Azərbaycan Kuboku
1/4 final (ilk oyunlar)
4 mart
“Neftçi” - AZAL - 0:0 (0:0)
“İnter” - “Xəzər Lənkəran” - 2:0 (1:0)
Qollar: M.Alvaro, 41 (1:0). A.Məmmədov, 69 (2:0).
“Qarabağ” - “Bakı” - 3:0 (3:0)
Qollar: Reynaldo, 6 (1:0). V.Nadirov, 24 (2:0). Reynaldo, 32 (3:0).
“Qəbələ” - “Simurq” - 0:3 (0:1)
Qol: D.Çeran, 11 (0:1). D.Çeran, 55 (0:2). B.Lambot, 57 (0:3).