Futbol üzrə Azərbaycan Kubokunda təsnifat mərhələsi çərçivəsində daha üç qarşılaşma keçirilib.
Oxu.Az xəbər verir ki, bu gün "Zəngəzur" səfər matçında "Difai" komandasını 3:1 hesabı ilə üstələməyi bacarıb.
Digər görüşdə "Marafon" öz meydanında "Dinamo"nu qəbul edərək rəqib qapısından üç cavabsız top keçirib. "Kür-Araz" komandası isə səfərdə "Şirvan" klubunu 3:1 hesabı ilə məğlub edərək vacib qələbə qazanıb.
Xatırladaq ki, mərhələnin ötən gün keçirilən oyunlarında "Qaradağ Lökbatan" öz azarkeşləri önündə "Şəki"ni 12:0 hesabı ilə darmadağın edib. "Şəmkir" isə doğma divarlar arasında "Ağstafa Gəncləri"nə 1:5 hesabı ilə boyun əyib.
Qeyd edək ki, Azərbaycan Kubokunun I təsnifat mərhələsinin oyunlarına oktyabrın 9-da tam yekun vurulacaq.