Azərbaycan kubokunda yarımfinalın ilk oyunları keçirilib.
Oxu.Az xəbər verir ki, “Qarabağ” səfərdə “İnter”i darmadağın edib - 4:0.
Migel Madera dubla imza atıb - 19 və 60-cı dəqiqələrdə. Hərəyə daha bir dəfə isə Dani Quintana (67) və Reynaldo (84) fərqləniblər.
Digər oyunda “Neftçi” və “Qəbələ” 1:1 hesablı bərabərliyə qalıblar.
Beşinci dəqiqədə Aleksey Qay qonaqları hesabda irəli çıxarıb. “Flaqman”ın bərabəlik topunu 71-ci dəqiqədə Rəhman Hacıyev vurub.
Cavab qarşılaşmaları mayın 4-də keçiriləcək.