Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Azərbaycan Kubokunda son 20 mövsümün antirekordu qeydə alınıb
Azərbaycan Kubokunda 1/4 finalın ilk oyunlarında cəmi dörd qol vurulub.
Oxu.Az xəbər verir ki, "Kəpəz" - "Neftçi" (0:2) görüşündə iki, "Araz-Naxçıvan" - "Zirə" (1:0) və "Səbail" - "Qarabağ" (0:1) qarşılaşmalarında bir qol qeydə alınıb.
"Sabah" - "Sumqayıt" (0:0) matçı qolsuz bitib. Bu, son 20 mövsümün antirekordudur. 2004/05 mövsümündə də 1/4 finalın ilk oyunlarında eyni sayda qol qeydə alınıb.
"Neftçi" - "İnter" və "Gənclərbirliyi" - "MKT-Araz" matçları qolsuz yekunlaşıb. MOİK "Xəzər Lənkəran"a 0:1, "Karat" "Bakı"ya 1:2 hesabı ilə məğlub olub. Bu nəticə 20 ildən sonra təkrarlanıb.
2004/05 və 2024/25 mövsümlərindəki göstərici 1/4 finalın bütün görüşləri baş tutan ilk oyunlar üçün antirekord sayılır. Çünki daha az - 2 qolun vurulduğu 1997/98 mövsümünün 1/4 finalının ilk oyunlarından üçü keçirilib
Hər iki top da OİK - "Neftçi" matçında vurulub - 1:1. "Kəpəz" - "Bakılı", "Dinamo" - "Qarabağ" görüşləri qolsuz yekunlaşıb. Bərdənin "Pambıqçı" klubu fəaliyyətini dayandırdığı üçün "Kür-Nur"la qarşılaşması texniki nəticəyə səbəb olub.
Rəylər