Futbol üzrə Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.
Oxu.Az bildirir ki, Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv səfərdə Latviya seçməsi ilə üz-üzə gəlib.
Riqa şəhərindəki "Skonto" stadionunda baş tutan qarşlaşma qolsuz heç-heçə ilə yekunlaşıb.
Qeyd edək ki, Azərbaycan millisi iyunun 10-da Bakıdakı "Liv Bona Dea Arena"da Macarıstan yığmasını qəbul edəcək.
Futbol üzrə Azərbaycan milli komandası bu gün yoldaşlıq oyununda Latviya ilə üz-üzə gəlir.
Oxu.Az xəbər verir ki, Riqadakı Skonto stadionunda keçirilən matç saat 17:00-da start götürüb.
Futbol üzrə Azərbaycan milli komandasının bu gün səfərdə Latviya yığmasına qarşı keçirəcəyi yoldaşlıq görüşü üçün start heyəti açıqlanıb.
Oxu.Az xəbər verir ki, baş məşqçi Fernandu Santuş milli üzvlərini meydana 4-4-2 taktiki düzülüşü ilə buraxacaq:
23. Rza Cəfərov, 17. Toral Bayramov, 4. Bəhlul Mustafazadə, 14. Elvin Bədəlov, 5. Rəhman Daşdəmirov, 3. Elvin Cəfərquliyev, 6. Səbuhi Abdullazadə, 8. Emin Mahmudov (kap.), 16. Ceyhun Nuriyev, 10. Mahir Emreli, 19. Nəriman Axundzadə
Latviya millisinin isə meydana 3-5-2 taktikası ilə çıxacağı məlum olub:
23. Rixard Matreviç, 3. Vitali Yaqodinski (kap.), 21. Denis Melnik, 2. Daniel Balodis, 20. Maksim Tonişev, 16. Alvis Yaunzem, 25. Krister Penkeviç, 15. Dmitri Zelenkov, 7. Eduard Daşkeviç, 17. Lukas Vapne, 18. Marko Reqza
2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsinə hazırlaşan Azərbaycan millisi bu gün növbəti yoxlama matçına çıxacaq.
Oxu.Az xəbər verir ki, Fernandu Santuşun baş məşqçisi olduğu komandamız Riqadakı "Skonto" stadionunda Latviya millisi ilə üz-üzə gələcək.
Oyun Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
Qarşılaşmanı Farruca Kan Trastinin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, Azərbaycan millisi iyununda 10-da Bakıda Macarıstan komandası ilə də yoxlama oyunu keçirəcək. Bu, millimizin DÇ-2026 üçün son hazırlıq görüşü olacaq.