Azərbaycan millisi UEFA Millətlər Liqasında bu mövsüm ilk qələbəsini qazanıb.
Oxu.Az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv Bakıda Litvanı qəbul edib.
"Palms Sports Arena"da baş tutan görüş millinin qələbəsi ilə başa çatıb - 1:0.
Yeganə qolu 25-ci dəqiqədə Abdulla Xaybulayev rəqib qapısından keçirib.
Xatırladaq ki, Azərbaycan millisi qrupdakı son matçını noyabrın 13-də səfərdə Lixtenşteynə qarşı keçirəcək.
Azərbaycan və Litva milli komandaları arasında UEFA Millətlər Liqasının D Liqasının 2-ci qrupunda keçirilən oyunda hesab açılıb.
Oxu.Az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Abdulla Xaybullayev 25-ci dəqiqədə hesabı açıb - 1:0.
UEFA Millətlər Liqasının D Liqasının 2-ci qrupunda Azərbaycan və Litva milli komandaları arasında keçirilən oyun start götürüb.
Oxu.Az xəbər verir ki, Bakıdakı "Palms Sports Arena"da baş tutan qarşılaşma saat 17:00-da başlayıb.
Azərbaycan və Litva milli komandalarının UEFA Millətlər Liqası çərçivəsində keçiriləcək oyunda start heyətləri açıqlanıb.
Oxu.Az xəbər verir ki, komandalar matça aşağıdakı "11-lik"lərlə çıxacaqlar.
Azərbaycan: Emil Balayev, Rəhman Daşdəmirov, Rüfət Abbasov, Rahil Məmmədov, Bədavi Hüseynov, Tellur Mütəllimov, Abdulla Xaybulayev, Aleksey İsayev, Toral Bayramov, Oruc Məmmədov, Mahir Emreli.
Baş məşqçi: Ayxan Abbasov.
Litva: Tomas Şvedkauskas, Edqaras Utkus, Modestas Vorobyovas, Artur Doljnikov, Armandas Kuçis, Yustas Lasikas, Vikintas Slivka, Qvidas Gineitis, Vilius Armalas, Rokas Lekiatas, Adrian Lickunas.
Baş məşqçi: Edqaras Yankauskas.
Azərbaycan milli komandası UEFA Millətlər Liqasında növbəti oyununa çıxacaq.
Oxu.Az xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi yığma Litva millisini qəbul edəcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da "Palms Sports Arena"da keçiriləcək.
Qeyd edək ki, tərəflər arasındakı ilk qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
UEFA Millətlər Liqası
4 oktyabr
D Liqası, II qrup
17:00. Azərbaycan - Litva.