18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Beynəlxalq İnkişaf Turnirində bu gün keçirdiyi ikinci oyunda da uduzub.
Oxu.Az xəbər verir ki, B qrupunda yer alan millimiz Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Belarusun paytaxtı Minskdə yerli futbol federasiyasının məşq meydanında keçirilən görüş rəqibin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millinin heyətində qolu 5-ci dəqiqədə Pünhan Kərimov vurub.
Qeyd edək ki, Azərbaycan millisi ilk matçında Rusiyaya 1:7 hesabı ilə məğlub olmuşdu. U-18 qrupda son oyununu fevralın 21-də Belarusa qarşı keçirəcək.
Azərbaycanın 18 yaşadək futbolçulardan ibarət millisi Beynəlxalq İnkişaf Turnirində bu gün ikinci oyuna çıxacaq.
Oxu.Az xəbər verir ki, B qrupunda yer alan milli Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Belarusun paytaxtı Minskdəki yerli futbol federasiyasının məşq meydanında keçiriləcək görüş Bakı vaxtı ilə saat 14:20-də başlayacaq.
Qeyd edək ki, U-18 ötən gün keçirdiyi ilk matçda Rusiyanın müvafiq yaş qrupundan ibarət kollektivinə 1:7 hesabı ilə məğlub olub.