Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş Portuqaliya Milli Futbol Məşqçiləri Assosiasiyasının (ANTF) Məsləhət Şurasına daxil ola bilər.
Oxu.Az "A Bola"ya istinadən xəbər verir ki, bu barədə ANTF-nin prezidentliyinə namizəd Enrike Kalisto məlumat verib.
O, seçkidə qalib gəlsə, şuranın tərkibinə Joze Mourinyo, Xorxe Xesus, Karlos Keyruş, Paulo Bento və Fernandu Santuşun daxil ediləcəyini bildirib.
Seçki mayın 31-də keçiriləcək