Azərbaycan milli komandasında Fernandu Santuşun gedişindən sonra Ayxan Abbasova həvalə olunan baş məşqçi postuna kimin təyin olunacağı yaxın zamanda bəlli olacaq.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, AFFA İcraiyyə Komitəsinin iclası yaxın iki-üç həftə ərzində keçiriləcək.
Hazırda komandaya başçılıq edən Axan Abbasovun bu postda qalacağı gözlənilir.
İcraiyyə Komitəsinin iclasından dərhal sonra millinin yeni baş məşqçisi açıqlanacaq.
Anar Həsənov