Azərbaycan millisinin futbolçusu Xəyal Əliyev Maltaya qarşı keçirilən yoxlama oyunu (0:2) zamanı zədələnib.
Oxu.Az xəbər verir ki, əzələsini dartaraq meydanı xərəkdə tərk etməyə məcbur olan Xəyal 10-cu dəqiqədə Nəriman Axundzadə ilə əvəzlənib.
Xatırladaq ki, yığma komandamız Avstriya toplanışında növbəti görüşünü iyunun 9-da San Marinoya qarşı keçirəcək.