Kazanın “Rubin” klubunun futbolçusu Xviça Kvaratsxeliya karyerasını İtaliyada davam etdirə bilər.
Belə ki, ölkə mətbuatı “Yuventus” və “Milan” kimi klubların yarımmüdafiəçi ilə maraqlandığını yazır.
İddialara görə, bu ayın sonunda baş tutacaq Gürcüstan – İspaniya oyununda qonşu ölkə yığmasında çıxış edən 20 yaşlı gənc oyunçunu izləmək üçün adıçəkilən İtaliya klubları ilə yanaşı, Dortmund “Borusiya”sının seleksiyaçıları da Gürcüstana təşrif buyuracaq.
Qeyd edək ki, Xviça Kvaratsxeliya bu mövsüm “Rubin”in heyətində keçirdiyi 18 oyunda iki qol vurub və yeddi məhsuldar ötürmə ilə yadda qalıb.
O, Azərbaycan millisinin sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğludur.