Azərbaycan millisinin futbolçusu Namik Ələskərov karyerasını yenidən Türkiyədə davam etdirə bilər.
Oxu.Az xəbər verir ki, “Kocaelispor” “Sabah”ın vingeri ilə maraqlanır. Birinci liqaya vəsiqə qazanan “yaşıl-qaralar” növbəti mövsüm iddialı olmaq niyyətindədirlər. Bu səbəbdən klub heyətə keyfiyyətli oyunçular cəlb etməyə çalışır.
“Sabah”dan isə məsələ ilə bağlı saytımıza bildirilib ki, Namik üçün hər hansı təklif almayıblar. Futbolçunun paytaxt təmsilçisi ilə hələ iki illik müqaviləsi var və onu istəyən öncə klubunu razı salmalıdır.
Ələskərov daha əvvəl 2021/22 mövsümündə “Bursaspor”da forma geyinib və altı qol, altı məhsuldar ötürmə ilə yadda qalıb.
Faiq Tahirov