Bakıda Olimpiya stadionunda Azərbaycan və Moldova yığmaları arasında yoldaşlıq oyunu keçirilib.
Oxu.Az xəbər verir ki, oyun 2:1 hesabı ilə millimizin xeyrinə bitib.
33-cü dəqiqədə rəqib komandanın futbolçusu Katalin Karp qapıların yerini “səhv salıb” - avtoqol.
44-də Aleksandr Atonyuk hesabı bərabərləşdirib.
Komandamızın qələb qolunu isə 50-ci dəqiqədə Ağabala Ramazanov vurub.