Londonda slalom avarçəkmə üzrə dünya çempionatı keçirilib, burada Rio-2016 Olimpiya Oyunlarına lisenziyalar uğrunda mübarizə gedir.
Oxu.Az xəbər verir ki, Azərbaycan nümayəndəsi Yure Meqliç qayıqda fərdi avarçəkmə üzrə yarışlarda 14-cü yeri tutub və Olimpiadaya lisenziya qazanıb.
Daha öncə Azərbaycan üçün lisenziyanı: 2000 metrlik məsafəni akademik avarçəkmə üzrə qət edərək Aleksandr Aleksandrov-Boris Yotov çütlüyü, qayıqda avarçəkmə üzrə 200 və 500 metrlik məsafəni qət edən İnna Osipenko-Rodomoska, eləcə də 200 metrlik məsafədə kanoedə avarçəkən Valentin Demyanenko qazanıb.
F.H.
www.oxu.az