Minsk Qrupunun həmsədri kimi Fransa Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında vasitəçilik səylərini qəti şəkildə davam etdirəcək.
Oxu.Az Ermənistan KİV-nə istinadla xəbər verir ki, bu barədə Fransa prezidenti Fransua Ollandın Ermənistanın Müstəqillik günü münasibətilə təbrikində deyilir.
“Ümid edirəm ki, 2014-cü ilin oktyabrında Paris sammitində əldə olunmuş irəliləyiş gələcəkdə məsələnin tezliklə həll olunmasına kömək edəcək”, - təbrikdə qeyd olunub.