Tatarıstanın paytaxtı Kazanda keçirilməli olan I MDB Oyunları bu il keçirilməyəcək.
Oxu.Az-ın əldə etdiyi özəl xəbərə görə, oktyabrın əvvəllərində keçirilməsi planlaşdırılmış ilk turnir pandemiya ilə bağlı vəziyyətə görə bu il keçirilməyəcək.
Yarış 2021-ci ilə keçirilib. Artıq Gənclər və İdman Nazirliyinə Yerli Təşkilat Komitəsindən bununla bağlı məktub göndərilib. Yaxın saatlarda Rusiyanın Gənclər və İdman Nazirliyi, eləcə də, Tatarıstanın İdman Nazirliyinin bu qərarı rəsmi şəkildə elan edəcəyi gözlənilir.

Qeyd edək ki, I MDB Oyunlarında gənc idmançıların (14-23 yaş) iştirakı nəzərdə tutulmuşdu. Azərbaycan da daxil olmaqla, MDB-nin 11 üzv ölkəsi bu yarışda 21 idman növündə qüvvəsini sınamalı idi.
Səbuhi Musayev