Azərbaycanın məğlubedilməz MMA üzrə qadın döyüşçüsü Gözəl Zutova ABŞ şirkəti ilə müqavilə bağlayıb.
Oxu.Az-ın xəbərinə görə, milliyyətcə avar olan idmançımız Kaliforniya ştatında yerləşən “Praydlənd Menecment” menecer şirkəti ilə müqavilə bağlayıb.
Onun hansı turnirdə kiminlə və nə vaxt döyüşəcəyi daha sonra bilinəcək.
View this post on InstagramQeyd edək ki, Gözəl Zutova sabiq güləşçi və cüdoçudur. O, qadın güləş millimizin tərkibində Bakıda keçirilmiş I Avropa Oyunlarında, sambo yığmamızla ilə II Avropa Oyunlarında iştirak edib. Güləş üzrə Dünya Qran Prisinin qalibi olub, cüdo və güləşdə 12 dəfə Azərbaycan çempionu adını qazanıb.
O, yeddi dəfə peşəkar MMA yarışında iştirak edib və bütün görüşlərdə qələbə qazanıb. Gözəl Zutova sonuncu görüşünü yanvarın 19-da Bakıda Yusif döyüş çempionatı-7 (YFC) çərçivəsində keçirib. O, həmin gün özbəkistanlı Asena Rəcəbovanı ikinci raundda məğlub edib.
Səbuhi Musayev
"Bakı" teqi üzrə xəbərlər
- Bakıda 31 yaşlı kişi özünə xəsarət yetiribmiş - Təfərrüat
- Bakı və Bişkek arasında işgüzar əməkdaşlıq: Səfir yeni biznes forumun vaxtını açıqladı - Foto
- Bakıda avtomobil yük maşınına çırpıldı: Sürücü öldü
- Ayrılmaq istəyən sevgilisini maşında döydü
- Emin Ağalarov Bakıda ilk kazinonun açılacağı tarixi açıqladı - Foto
Digər xəbərlər