Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Azərbaycan paraatleti 4-cü dəfə dünya çempionu olub
Azərbaycan paraatleti Lamiyə Vəliyeva Yaponiyanın Kobe şəhərində keçirilən dünya çempionatında ikinci qızıl medalını qazanıb.
Milli Paralimpiya Komitəsindən Oxu.Az-a verilən məlumata görə, "T13" kateqoriyasında yarışan idmançı 400 metr məsafəyə qaçış üzrə finişə 55,03 saniyəyə çataraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, bu, 22 yaşlı paraatletin ümumilikdə dördüncü dünya çempionluğudur. Paralimpiya çempionu yarışın ilk günündə 100 metr məsafəyə qaçışda da birinci yeri tutub. O, ötən il isə Fransanın paytaxtı Parisdə təşkil edilmiş dünya çempionatında 100 metr və 400 metr məsafəyə qaçış üzrə qızıl medal qazanıb.
"Lamiyə Vəliyeva" teqi üzrə xəbərlər
- Azərbaycan atletləri komandalar arasında Avropa çempionatının son günündə dörd medal qazanıblar
- Azərbaycan atletləri Sloveniyada Avropa çempionatına uğurla start veriblər
- Lamiyə Vəliyeva Özbəkistanda keçirilən beynəlxalq yarışı bürünc medalla başa vurdu
- Lamiyə Vəliyevanın həyat yoldaşı Azərbaycanı təmsil etmək istəyir
- Lamiyə Vəliyeva ərindən danışdı: "Nazirlik bizə dəstək olmalıdır"