Almaniyanın Düsseldorf şəhərində at polosu üzrə 14-cü Avropa Çempionatının qrup mərhələsində ikinci turun oyunları keçirilib.
Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, Elçin Camallı, Tərlan Qurbanəliyev, Xoakin Kopello və Andres Ernesto Lorentonun təmsil olunduqları Azərbaycan millisi bu dəfə son Avropa çempionu İtaliya ilə qarşılaşıb. Görüş millimizin 6:1 hesablı darmadağını ilə başa çatıb.
Xatırladaq ki, 2018-ci ildə İtaliyanın Siena şəhərində keçirilən Avropa çempionatında Azərbaycan millisi keçirdiyi bütün oyunlarda böyük hesabla qələbə çalmasına baxmayaraq, final oyununda ev sahibi italyanlara 8:4 hesabı ilə məğlub olaraq qızıl medaldan məhrum olub. Həmin çempionatı 2-cil yerdə bitirən yığmamız bu dəfə revanş almağı bacarıb.
Beləliklə, ilk görüşdə İspaniyaya qalib gəlmiş milli komanda qrup mərhələsinin son turunda İsveçrə ilə oyunun nəticəsindən asılı olmayaraq, qrupda birinci yeri təmin edib və yarımfinalda oynamaq hüququ qazanıb.