Misli Premyer Liqasında XXXII tura bir oyunla start verilib.
Oxu.Az xəbər verir ki, "Turan Tovuz" doğma azarkeşlər önündə "Şamaxı" ilə üz-üzə gəlib.
Tovuz şəhər stadionunda keçirilən görüş 1:1 hesabı ilə nəticələnib.
Meydan sahiblərinin heyətində 54-cü dəqiqədə Kauan Martins fərqlənib. "Şamaxı"dan qolu 56-cı dəqiqədə Brahim Konate rəqib qapısından keçirib.
Bu nəticədən sonra "Turan Tovuz" 49 xalla dördüncü yerdə qərarlaşıb. 6-cı yerdə olan "Şamaxı" isə 35 xala malikdir.
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII tura start veriləcək.
Oxu.Az xəbər verir ki, açılış oyununda "Turan Tovuz" klubu "Şamaxı"nı qəbul edəcək.
Saat 19:00-da start götürəcək matçı FIFA referisi Kamal Umudlu idarə edəcək.
Azərbaycan Premyer Liqası, XXXII tur, 25 aprel
Saat 19:00. "Turan Tovuz" - "Şamaxı"
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, Kamran Əliyev;
VAR: Nicat İsmayıllı;
AVAR: Elşad Abdullayev;
Hakim-inspektor: Anar Salmanov;
AFFA nümayəndəsi: Mübariz Hüseynov;
Tovuz şəhər stadionu.
Qeyd edək ki, turun qalan oyunları 26-28 apreldə keçiriləcək.