Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Azərbaycan Premyer Liqası: "Turan Tovuz" doğma meydanda üç xala sevinib
Misli Premyer Liqasında XVI tura "Turan Tovuz" - "Şamaxı" oyunu ilə yekun vurulub.
Oxu.Az xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan matçda ev sahibləri qələbə qazanıblar - 3:2.
Qarşılaşmada hesabı qonaqlar açıblar. 12-ci dəqiqədə Belajdi Pusi sabiq komandasını cəzalandırıb. Meydan sahiblərinin cavab qolu özünü çox gözlətməyib. 9 dəqiqə sonra Roderik Miller adını tabloya yazdırıb. Bununla belə, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv fasiləyə 6 dəqiqə qalmış növbəti qolun sevincini yaşayıb. Bu dəfə Edqar Adilxanov dəqiq zərbə müəllifi olub. Qərb təmsilçisi 60-cı dəqiqədə yenidən hesaba tarazlıq gətirib. Alexandro Serrano penalti zərbəsindən fərqlənib. Tovuzluların qələbə qolunu Roderik Miller vurub. Panamalı futbolçu 90+4-cü dəqiqədə dublla yadda qalıb.
Bu nəticənin ardından "Turan Tovuz" 30 xalla üçüncü, "Şamaxı" isə 13 xalla yeddinci pillədə qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki görüşlərində "Araz-Naxçıvan" "Səbail"i, "Sumqayıt" "Neftçi"ni 2:0, "Zirə" isə 'Kəpəz"i 4:0 hesabı ilə məğlub edib. "Sabah" və "Qarabağ" komandalarının dueli heç-heçə başa çatıb - 1:1.
Bu gün Azərbaycan Premyer Liqasında XVI tura "Turan Tovuz" - "Şamaxı" görüşü ilə yekun vurulacaq.
Oxu.Az xəbər verir ki, Tovuz şəhər stadionunda keçiriləcək görüş saat 19:00-da start götürəcək.
Qeyd edək ki, turun digər oyunlarında "Sumqayıt" "Neftçi"ni 2:0, "Araz-Naxçıvan" "Səbail"i 2:0, "Zirə" isə "Kəpəz"i 4:0 hesabı ilə məğlub edib. Turun mərkəzi görüşündə "Sabah" "Qarabağ"la 1:1 hesablı heç-heçəyə razılaşıb.
9 noyabr
Azərbaycan Premyer Liqası
XVI tur
Saat 19:00, "Turan Tovuz" - "Şamaxı"
Rəylər