Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXX tura start verilib.
Oxu.Az xəbər verir ki, günün yeganə matçında “Sumqayıt” “Zirə” ilə üz-üzə gəlib.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən matçda qalib müəyyənləşməyib - 0:0. Bu nəticədən sonra “gənclik şəhəri” təmsilçisinin xalları 44-ə çatıb. Aktivinə növbəti bir xalı yazdıran bakılılar isə 46 xalla ikinci pillədə qərarlaşıblar.
Qeyd edək ki, XXX turun digər görüşləri aprelin 13-14-də baş tutacaq.
09:36
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXX tura start veriləcək.
Oxu.Az xəbər verir ki, günün yeganə matçında “Sumqayıt” “Zirə” ilə üz-üzə gələcək.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək matç 19:00-da start götürəcək. “Gənclik şəhəri” təmsilçisi 43 xalla 4-cü, bakılılar isə 45 xalla 2-ci pillədə qərarlaşıblar.
Qeyd edək ki, XXX turun digər görüşləri aprelin 13-14-də baş tutacaq.
Rəylər