Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Azərbaycan Premyer Liqası: "Zirə"dən böyükhesablı qələbə
Azərbaycan Premyer Liqasının 2024/2025 mövsümündə ilk tura yekun vurulub.
Oxu.Az xəbər verir ki, turun son qarşılaşması Zirə İdman Kompleksində baş tutub.
"Zirə" doğma meydanda "Səbail"lə görüşüb. Matç meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Zirə"nin heyətində David Volkov het-trikə (12, 27, 45) imza atıb. Komandanın sonuncu qolunu isə 90+4-də İsa Cibrila rəqib qapısından keçirib.
"Səbail"in yeganə qolunu isə 49-cu dəqiqədə Ayman Bouali vurub.
Qeyd edək ki, mövsümün açılış matçında "Qarabağ" səfərdə "Araz Naxçıvan"a 4:1 hesabı ilə qalib gəlib. Ötən gün baş tutan "Neftçi" - "Turan Tovuz" matçında qol vurulmayıb. "Sumqayıt" isə "Kəpəz"i 2:0 hesabı ilə məğlub edib. Bu gün baş tutan "Sabah" - "Şamaxı" görüşündə isə qalib müəyyənləşməyib - 2:2.
"Qarabağ FK" teqi üzrə xəbərlər
- Azərbaycan Kubokunun final görüşünün nominal meydan sahibi müəyyənləşdi
- Azərbaycan Premyer Liqasının növbəti turunun hakim təyinatları AÇIQLANDI
- Azərbaycan kuboku: "Qarabağ"ın finalda rəqibi "Sabah" oldu
- Futbolçularımız niyə qol vura bilmirlər? - Premyer Liqada acınacaqlı mənzərə
- Premyer Liqa: Turun son qarşılaşmasında "Zirə" qələbə qazandı