AFFA Azərbaycan milli komandasının 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində Şimali İrlandiya və Rusiya yığmalarına qarşı keçirəcəyi son 2 ev oyununa bilet satışı ilə bağlı yeni kampaniyaya start verib.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, oktyabrın 11-də və 15-də “Bakcell Arena”da baş tutacaq matçlara biletlərin müəyyən hissəsi güzəştli şərtlərlə satılacaq.
Daha dəqiqi, 2 oyuna 1 bilet satılacaq. Bu kampaniyadan faydalanmaq istəyən azarkeşlər sektorundan asılı olaraq 10 və 12 manata 2 oyun üçün (Azərbaycan - Şimali İrlandiya və Azərbaycan - Rusiya) bilet əldə etmək hüququ qazanacaq. Biletlərin qalan hissəsi isə hər oyun üçün ayrılıqda satılacaq.
Azərbaycan - Şimali İrlandiya (tək bilet) - 1-ci kateqoriya 6 AZN; 2-ci kateqoriya 4 AZN; VİP 50 AZN
Azərbaycan - Rusiya (tək bilet) - 1-ci kateqoriya 10 AZN; 2-ci kateqoriya 8 AZN; VİP 100 AZN;
Azərbaycan - Şimali İrlandiya və Azərbaycan - Rusiya (2 oyuna bir bilet) - 1-ci kateqoriya 12 AZN; 2-ci kateqoriya 10 AZN;
Qeyd edək ki, yeni kampaniyaya bilet satışına başlayan gün - sentyabrın 20-i, saat 12:00-da start veriləcək. Biletləri “Bakcell Arena”-nın kassalarından, Park Bulvar Alış-Veriş və 28 MaII Ticarət Mərkəzlərindən almaq olar.