Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Oxu.Az xəbər verir ki, yığmamız Bakıda Rusiya millisini qəbul edib və 3:0 hesabı ilə qalib gəlib.
Hesabı 11-ci dəqiqədə Kərəm Benke açıb. 39-da Benke dubla imza ataraq hesab arasındakı fərqi ikiyə çatdırıb.
Oyunda son nöqtəni isə 69-cu dəqiqədə Elşən Abdullayev qoyub.
Turnir cədvəli - 7-ci qrup
Almaniya - 4 oyun (12 xal)
Avstriya - 4 (12)
Finlandiya - 5 (9)
Azərbaycan - 7 (6)
Rusiya - 4 (3)
Farer adaları - 4 (0)