Azərbaycan yığmasının şahmatçısı Arkadiy Naydiç Bazeldə keçirilən şahmat festivalının əsas turnirinin qalibi olub.
Oxu.Az xəbər verir ki, Naydiç 7 turdan sonra 5,5 xal toplayıb. Sonuncu yeddinci turda o serbiyalı Mixaylo Stoyanoviçlə bərabərliyə qalıb.
Festivalın əsas turnirində ümumilikdə 58 şahmatçı iştirak edib.
F.H.
www.oxu.az