Azərbaycan taekvondoçusu Cavad Ağayev Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb.
Oxu.Az xəbər verir ki, 68 kiloqram çəki dərəcəsində qüvvəsini sınayan idmançı 1/16 final mərhələsində Çin təmsilçisi Çenminq Ksyao ilə dueldən məğlub ayrılıb.
Xatırladaq ki, Cavad Ağayev əvvəlki raundda Eldar Kurmanaliyevi (Qırğızıstan) üstələmişdi.
12:09
Azərbaycan taekvondoçusu Cavad Ağayev Bakıda keçirilən dünya çempionatına qələbə ilə başlayıb.
Oxu.Az xəbər verir ki, 68 kiloqram çəki dərəcəsində qüvvəsini sınayan yığma üzvü 1/32 finalda Eldar Kurmanaliyevi (Qırğızıstan) məğlub edib.
O, 2:0 hesabı ilə qələbə qazanıb.
Cavad növbəti döyüşündə çinli Çenminq Xiao ilə qüvvəsini sınayacaq.
Qeyd edək ki, dünya çempionu olacaq idmançı aktivinə 140 reytinq xalı əlavə edəcək.
10:26
Bakıda taekvondo üzrə dünya çempionatı start götürüb.
Oxu.Az xəbər verir ki, “Baku Crystal Hall”da keçirilən yarışlar saat 09:00-da başlayıb.
Mundialın ilk günündə kişilər 68 kiloqram, qadınlar isə 57 kiloqramda qüvvəsini sınayacaqlar. Çəkilər üzrə kişilərin yarışında 87, qadınlarda 59 idmançı olacaq.
Bu gün Azərbaycan millisinin bir üzvü dayanq üzərinə çıxacaq. 68 kiloqram çəki dərəcəsində yarışan Cavad Ağayev 1/32 finalda Solomon Tefera (Efiopiya) - Eldar Kurmanaliyev (Qırğızıstan) cütünün qalibi ilə üz-üzə gələcək.
Qeyd edək ki, 29 may - 4 iyun tarixlərində baş tutacaq sayca 26-cı dünya çempionatında 949 taekvondoçu 16 çəki dərəcəsində çıxış edəcək.
Daha çox foto burada: PhotoStock.az
Faiq Tahirov