Azərbaycan idmançısı Vladimir Litvintsevin Çinin paytaxtı Pekində keçirilən Qış Olimpiya Oyunlarında buz üzərinə çıxacağı sıra nömrəsi bəlli olub.
Oxu.Az xəbər verir ki, o, sabah Bakı vaxtı ilə saat 05:22-də başlayacaq yarışın qısa proqramında 30 idmançı arasında olacaq.
Rusiya əsilli Vladimir Litvintsev ən zəiflərin yer aldığı birinci “altılıq”da bacarığını göstərəcək. O, sonuncu – 6-cı çıxış edəcək. Bu qrupda Kanada, İsveç, İsveçrə, Estoniya və Çin təmsilçisi də buz üzərinə çıxacaq.
Qeyd edək ki, kişi fiqurlu konkisürənlərin sərbəst proqramı fevralın 10-da keçiriləcək.