21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Oxu.Az xəbər verir ki, səfərdə Bolqarıstan komandası ilə üz-üzə gələn Rəşad Eyyubovun baş məşqçisi olduğu kollektiv rəqibi ilə qolsuz bərabərə qalıb.
Meydan sahiblərinin heyətində Georgi Çorbaciyski 82-ci dəqiqədə ikinci sarı vərəqənin ardından qırmızı vərəqə ilə cəzalandırılaraq meydandan qovulub.
Qarşılaşma Plovdiv şəhərində baş tutub.
Xatırladaq ki, U-21 altı komandanın yer aldığı B qrupunda 6 xalla beşinci pillədə qərarlaşıb. Meydan sahibləri 11 xalla dördüncüdür.
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu bu gün keçirəcək.
Oxu.Az xəbər verir ki, Rəşad Eyyubovun baş məşqçisi olduğu kollektiv səfərdə Bolqarıstan komandası ilə üz-üzə gələcək.
Qarşılaşma Plovdiv şəhərində, Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Xatırladaq ki, U-21 altı komandanın yer aldığı B qrupunda 5 xalla beşinci pillədə qərarlaşıb. Meydan sahibləri 10 xalla dördüncüdür.