Bu gün “Azəryolservis idman kompleksi”ndə voleybol üzrə “D” qrupunda Avropa-2015 çempionatının seçmə turunun, ikinci qrup mərhələsinin 2-ci raundu keçiriləcək.
Oxu.Az Sportbox.az-a istinadən xəbər verir ki, birinci matçda Yunanıstan və Portuqaliya görüşəcək.
İkinci matçda Azərbaycan Bolaqariyanı məğlub etməyə çalışacaq. Qələbə qazandığı təqdirdə Azərbaycan yığması qrupda birinci yeri tutacaq.
Turnirdə vəziyyət:
1. Bolqariya – 13 xal (5 matç)
2. Azərbaycan – 12 xal (5 matç)
3. Yunanıstan – 3 xal (5 matç)
4. Portuqaliya – 2 xal (5 matç)