Azərbaycanın 16 yaşadək oğlanlardan ibarət otüstü xokkey komandası iyulun 10-dan 13-dək Litvanın paytaxtı Vilnüsdə keçiriləcək Avropa birinciliyində iştirak edəcək.
Oxu.Az xəbər verir ki, turnirdə 6 ölkənin yığma komandası 2 yarımqrupda növbəti mövsümdən yüksək dəstədə çıxış etmək hüququ verən iki vəsiqə uğrunda mübarizə aparacaq.
“B” qrupunda yer alan Azərbaycan millisi Cəbəllütariq və Ermənistan xokkeyçiləri ilə qarşılaşacaq.
Digər qrupda isə Bolqarıstan, İsveçrə və Litva yığmaları yarışacaqlar.
Azərbaycanlı xokkeyçilər iyulun 10-da Cəbəllütariq, iki gün sonra isə Ermənistan millisi ilə üz-üzə gələcək.