Bakının “İnter” klubunun qapıçısı Səlahət Ağayev səhhətindəki problemlərlə əlaqədar martın 28-də baş tutacaq Azərbaycan-Malta matçında iştirak edə bilməyəcək.
Oxu.Az xəbər verir ki, onun əvəzinə yığmaya təcili olaraq Frankfurtun “Ayntraxt” klubunun qapıçısı Emil Balayev çağırılıb.
Qeyd edək ki, fevralda Türkiyədə təlim-məşq toplanışı zamanı Azərbaycan yığmasının məşqçisi Robert Prosineçki Səlahət Ağayevi əsas qapıçı adlandırmışdı. İndi isə belə görünür ki, qapını “Kayserispor”un qolkiperi Kamran Ağayev qoruyacaq.