Bu gün qadın idman gimnastikası üzrə Azərbaycan yığmasının baş məşqçisi Aleksandr Yuryeviç Pravdin qəflətən dünyasını dəyişib.
Bu barədə Oxu.Az-a Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.
Federasiya A.Yuryeviçin qohumları və yaxınlarına dərin hüznlə başsağlığı verir, onların dərdinə şərik olduğunu bildirir.