Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
![Azərbaycan - Yunanıstan görüşünün hakim təyinatları bəlli oldu](https://images.oxu.az/2025/01/13/0ivrB06WoZ0SHKZniNSK6h8eXqOpkGBjS6HGAlDf:1200.jpg)
Azərbaycan - Yunanıstan görüşünün hakim təyinatları bəlli oldu
Futzal üzrə Azərbaycan millisinin Bakıda Yunanıstana qarşı keçirəcəyi AVRO-2026-nın əsas mərhələsinin oyunu üçün təyinatlar bəlli olub.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, qarşılaşmaya Norveç və Almaniyadan olan ədalət təmsilçiləri təyinat alıblar.
Hakimlər Telmen Undrax (Norveç), Yakob Pavlovski (Almaniya), Daq Erik Tanqvik (Norveç) olacaq. Hakim-inspektor vəzifəsini Sreten Vasiç (Serbiya) yerinə yetirəcək. UEFA nümayəndəsi isə Vladimir Kolbasyuk (Moldova) olacaq.
Qeyd edək ki, Azərbaycan - Yunanıstan görüşü fevralın 4-də, saat 20:00-da başlayacaq.
"Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA)" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər