Futbol üzrə Şimali İrlandiya yığmasının və İngilərənin “Haddersfild Taun” klubunun yarımmüdafiəçisi Oliver Norvud DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində oktyabrın 11-də Bakıda Azərbaycan millisinə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb.
Oxu.Az Azerisport.az-a istinadən xəbər verir ki, o, yerli mətbuata müsahibəsində bunları deyib:
“Bizim azarkeşlərimiz qarşısında borcumuz var. Lüksemburqla görüşdən sonra onlar bizim ünvanımıza bir sıra kəskin ifadələr işlətdilər. Biz indi komanda olaraq bu vəziyyəti düzəltməliyik. Əgər qarşıdakı oyunlarda altı xal qazana bilsək, münaqişə öz həllini tapar. Ancaq buna nail olmaq çox çətin olacaq. İstənilən halda Azərbaycan və İsrailə səfərdə qalib gələcəyimizə inanmağımız lazımdı. Əks halda futbol oynamağın mənası yoxdur”.
Qeyd edək ki, bu gün Azərbaycanın futbol millisi Şimalı İrlandiya yığması ilə qarşılaşacaq. Görüş 21:00 -da “Bakcell Arena” stadionunda baş tutacaq.