Bakıda qol güləşi (armreslinq) üzrə Avropa çempionatı keçiriləcək.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, yarış mayın 8-dən 16-dək baş tutacaq.
Qeyd edək ki, qol güləşi olimpiya idmanı növü deyildir.
Lakin bununla belə, idmanın bu növü dünyanın bir çox ölkələrində populyarlıq qazanıb.