Azərbaycan Triatlon Federasiyasının prezidenti seçilib.
Oxu.Az-ın xəbərinə görə, bu gün federasiyanın Hesabat-Seçki Konfransı keçirilib.
Gənclər və İdman Nazirliyində keçirilən tədbirdə Elçin Əliyev prezident seçilib.
Yığıncaqda həmçinin, Rüfət Həsənov və Azər Əliyev İdarə Heyəti sədrinin müavinləri, Əli Bünyadov və Sabira Cahangirova isə İdarə Heyətinə üzv seçiliblər.
11:02
Bu gün Azərbaycan Triatlon Federasiyasında Hesabat-Seçki Konfransı keçiriləcək.
Oxu.Az-ın xəbərinə görə, bu tədbirdə federasiyanın növbəti beş il üçün prezidenti seçiləcək.
Konfrans saat 14:00-da başlayacaq. Tədbir ənənəvi olaraq Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutacaq.
Qeyd edək ki, 2013-cü ildə yaradılmış Azərbaycan Triatlon Federasiyasının hazırkı prezidenti Azər Məhərrəmovdur. O, ilk gündən federasiyaya rəhbərlik edir. A.Məhərrəmov sonuncu dəfə 2015-ci ilin sentyabrında Milli Olimpiya Komitəsində keçirilmiş seçkidə bu posta seçilib.
Səbuhi Musayev
Foto: Rəşad Mehdiyev