Futbol üzrə Azərbaycan Premyer Liqasının Qəbələdə keçirilən oyunu yarımçıq dayandırılıb.
Oxu.Az xəbər verir ki, “Qəbələ” – “Zirə” qarşılaşmasının dayandırılmasına səbəb qatı duman olub.
Görüşün baş hakimi 57-ci dəqiqədə fasilə elan edib. Lakin hava şəraiti oyunun davam etdirilməsinə imkan verməyib. Nəticədə matç sabahadək təxirə salınıb.
Qeyd edək ki, sabah saat 13:00-dan etibarən matç qaldığı 57-ci dəqiqədən davam etdiriləcək.
Rəylər