Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Azərbaycanda keçiriləcək III MDB Oyunlarının maskotları bəlli olub
Azərbaycanda keçiriləcək III MDB Oyunlarının maskotları və şüarı bəlli olub.
Oxu.Az xəbər verir ki, bu barədə yarışa həsr olunan ilk mətbuat konfransında məlumat verilib.
Bildirilib ki, maskotlar "Bəbir" və "Leyla"dır, yarış isə "Hər qəlbdə bir qələbə" şüarı altında keçiriləcək.
Qeyd edək ki, III MDB Oyunları sentyabrın 28-dən oktyabrın 8-dək Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi şəhərlərində keçiriləcək.
Açılış və bağlanış mərasimi Gəncə şəhər stadionunda baş tutacaq. Ümumilikdə 23 idman növü üzrə 12 idman obyektində yarışlar keçiriləcək. Oyunlarda 5 550-ə yaxın iştirakçı gözlənilir. Tədbirdə MDB ölkələri ilə yanaşı, digər ölkələrin də dəvət olunması nəzərdə tutulub.
İdmanın 23 növü üzrə yarışların keçirilməsi planlaşdırılır. Turnirdə iştirak etmək üçün təkcə MDB-dən deyil, bir sıra digər ölkələrdən də idmançıların dəvət ediləcəyi gözlənilir.
Təşkilat Komitəsinin üzv qurumları, Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə birgə inzibati məsələlər, yarış məkanlarının hazırlıq vəziyyətinə gətirilməsi, iştirakçıların akkreditasiyası, yerləşdirilməsi və digər məsələlər üzrə hazırlıq işləri davam etdirilir.
Daha çox foto burada: PhotoStock.az
Anar Həsənov
"III MDB Oyunları" teqi üzrə xəbərlər
- Gəncə şəhər stadionunda tikinti işləri nə zaman başa çatacaq?
- Ermənistan Azərbaycanda təşkil olunacaq III MDB Oyunlarında iştirak edəcək?
- Azərbaycanda keçiriləcək III MDB Oyunlarınının rəsmi saytı təqdim olunub
- Azərbaycanda keçiriləcək III MDB Oyunlarına 3000-ə yaxın könüllünün cəlb olunması gözlənilir
- III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin tərkibi dəyişdi