Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Bakıda keçiriləcək UFC turnirinin üç döyüşü MƏLUM OLDU
MMA mənbələri iyunun 21-də Bakıda keçiriləcək UFC turniri çərçivəsində baş tutacaq bir neçə döyüşün siyahısını açıqlayıb.
Oxu.Az "Mmajunkie"yə istinadən xəbər verir ki, Bakıda təşkil ediləcək turnirlə bağlı rəsmi məlumat olmasa da, bir neçə döyüşdə kimin-kiminlə qarşılaşacağı müəyyənləşib.
Turnirin əsas döyüşü Körtis Bleydes (ABŞ) və Rizvan Kuniyev (Rusiya) arasında keçiriləcək. Məlum digər cütlüklər İsmayıl Naurdiyev (Avstriya) - Cun Yunq Park (Cənubi Koreya) və Hamdi Abdelvahab (Misir) - Məhəmməd Usman (Nigeriya) olacaq.
Mütləq Döyüş Çempionatının (UFC) Azərbaycanda təşkil edəcəyi döyüş gecəsinin yeri məlum olub.
Oxu.Az xəbər verir ki, qurumun təqvimində yarışın "Baku Crystal Hall"da keçiriləcəyi göstərilib.
Məlum olduğu kimi, "UFC Fight Night 259" turniri iyunun 21-də paytaxtımızda təşkil ediləcək.
"Mütləq Döyüş Çempionatı (UFC)" teqi üzrə xəbərlər
- Azərbaycanlı MMA döyüşçüsü Nazim Sadıxovun Bakıdakı yarışda şansları dəyərləndirildi
- UFC Bakıda keçiriləcək doqquzuncu döyüşü də rəsmən açıqladı
- Rafael Fiziyev: "Doğma azarkeşlər önündə döyüşəcəyim üçün şadam"
- Tofiq Musayevin UFC-dəki debüt döyüşündə rəqibi kim olacaq?
- Tofiq Musayev UFC ilə MÜQAVİLƏ BAĞLAYIB