Azərbaycan Milli Paralimpiya Komitəsinin İnkişaf, İnformasiya və tədris şöbəsinin müdiri, Uşaq Paralimpiya Komitəsinin icraçı direktoru,"Əlil İdmançılara Dəstək" ictimai birliyinin rəhbəri Kamal Məmmədovun Xəbər24.az-a verdiyi məlumata görə, 06 noyabr 2016-cı il tarixdə Sumqayıt Paralimpiya idman kompleksində Milli Paralimpiya Komitəsi və “Azercell” Telecom MMC-nin birgə təşkilatçılığı ilə respublikada ilk dəfə olaraq Uşaq Paralimpiya İdman Oyunları keçiriləcəkdir.
Oxu.Az-ın məlumatına görə, oyunlarda respublikanın müxtəlif reqionlarından olan uşaq paralimpiyaçıları 4 idman növündə (cüdo, üzgüçülük, masaüstü tennis və boccia) öz güclərini sınayacaqlar. Ümumiyyətlə, bu yarışlara 50-dən cox sağlamlıq imkanları məhdud uşaqlar qatılacaqdır.
Qeyd edək ki, beynəlxalq təcrübədə ilk dəfə olaraq Milli Paralimpiya Komitəsi saglamlıq imkanları məhdud uşaqların kütləvi şəkildə idmana cəlb olunmalarını öz himayəsinə götürərək, 2013-cü ilin sentyabr ayında Komitənin nəznində Uşaq Paralimpiya Komitəsi yaratmışdır. Bu komitənin yaradılmasında əsas məqsəd ehtiyat idmançıların hazırlanması ilə yanaşı, saglamlıq imkanları məhdud uşaqların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiya olunmasına dəstək verməkdir.
Respublikada Uşaq Paralimpiya Hərəkatının inkişaf etdirilməsi məqsədi ilə “Azercell” Telecom MMC qarşılıqlı əməkdaşlıq çərçivəsində Milli Paralimpiya Komitəsinə dəstək verir.